Danimarkanın baş naziri Mette Frederiksen parlament seçkilərində təmsil etdiyi “qırmızı” koalisiyanın qalib gəlməsinə baxmayaraq, istefa verib.
Yenisabah.az "Associated Press"ə istinadla xəbər verir ki, o bu addımını yeni hökumət qura bilməyəcəyi ilə əsaslandırıb.
2019-cu ildən Danimarka hökumətinin başında olan Frederiksen deyib: "Baş nazir olaraq çox çətin illər keçirdim. Əvvəlcə pandemiya, indi inflyasiya. Hər şey hökumətin yenidən seçkilərdən keçə bilməyəcəyini göstərir". Dominos pizza
Bir gün əvvəl Danimarkada parlament seçkiləri keçirilib. Son məlumatlara görə, Frederiksenin də daxil olduğu sol mərkəzçilərin "qırmızı" bloku hökuməti formalaşdırmaq üçün lazım olan Folketinqdə (Danimarka parlamenti) 90 yeri əldə edə bilib.
Telegram kanalımız