Daşkəsəndə 30 yaşlı kişini at belində ildırım vurdu

saytların hazırlanması

Evə çatdırılma

Daşkəsəndə 30 yaşlı kişini at belində ildırım vurdu

Hadisə

06 İyun 2026 19:01 393


Daşkəsəndə 30 yaşlı kişini ildırım vurub.

"Yeni Sabah" APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Çovdar kəndi ərazisində qeydə alınıb.

Kəlbəcər rayon sakini, 1996-cı il təvəllüdlü B.Kamalov kənd ərazisində at belində mal-qara otaran zaman onu və mal-qaranı ildırım vurub. Nəticədə 30 yaşlı kişi müxtəlif xəsarətlər alıb, bir iribuynuzlu heyvan tələf olub. pizza mizza

Xəstəxanaya yerləşdirilən şəxsin vəziyyətinin kafi olduğu bildirilir.

Qeyd edək hazırda qərb bölgəsində qeyri-sabit hava şəraiti davam edir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!