Dəhşətli şaxta qapıda: Soyuqdan necə qorunmalı?

saytların hazırlanması

Evə çatdırılma

Dəhşətli şaxta qapıda: Soyuqdan necə qorunmalı?

Sosial

09 Dekabr 2023 13:40 12634


Bu qış üçün proqnozlar havanın olduqca soyuq olacağına işarə edir. Havaların soyuması insanların orqanizminə də təsirsiz ötüşmür. Bu fəsildə sadəcə qalın geyinmək kifayət deyil. Həmçinin düzgün qidalanmaq da bizi qışın sərt üzündən müdafiə edir. 

Məsələ ilə bağlı dietoloq Dürrə İsmayılova “Yeni Sabah”a danışıb. Mütəxəssis bildirib ki, soyuq havanın təsirlərindən qorunmaq üçün bir sıra məqamlara diqqət edilməlidir: 

“Qış aylarında ən çox tövsiyə olunan bitki çaylarıdır. Bu çaylardan istifadə etmək orqanizmi gücləndirir və immunitet yaradır. Lakin bitki çaylarını 10 gündən artıq qəbul etmək məqbul sayılmır. Bundan əlavə, çoxlu isti maye qəbul etmək ən vacib nüanslardan biridir. Daha bir önəmli məqam isə qış aylarında bişirdiyimiz yeməklərdir. Xəmir yeməkləri ilə müqayisədə tərəvəz qatqılı şorbalar immuniteti gücləndirir. Yaxşı olar ki, qida rasionumuza tərəvəzli yeməklər əlavə edək. Ən əsası da isti yeməyə üstünlük verək. Qırmızı ət tərkibli yeməkləri qəbul etmək olmaz. Qədimdən bizə ətli yeməklərin daha faydalı olduğunu bildirsələr də, bu doğru deyil. Ətin yerinə cücərmiş buğdadan qidalar hazırlamaq olar. Bu daha xeyirlidir. Qırmızı ətdən imtina edənlər toyuq, balıq kimi qan artıran məhsullardan istifadə edə bilərlər”.  Pepperoni pizza

Dietoloq qeyd edib ki, spirtli içkilər vasitəsilə orqanizmi gücləndirmək doğru üsul deyil:

“Bəzi şəxslər, xüsusən də, kişilər qış aylarında soyuqdan və onun fəsadlarından qorunmaq üçün alkoqola üz tutur. Ancaq bu doğru üsul sayılmır. Bunun yerinə gündə iki dəfə keyfiyyətli və təmiz hazırlanmış alma sirkəsi içməklə soyuq havanın mənfi təsirindən qorunmaq olar”. 

Dürrə İsmayılova bildirib ki, baharatlardan qırmızı istiota üstünlük vermək və soğan-sarımsaq yemək də qış aylarında effektiv üsullardan sayılır.

Aytac Şahin 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Seymur
    Ta denen yixil olda
    2 years ago
  • Şəhriyar
    Toyuq əti qan artırmır,çox yedikdə qan azlığı yaradır insanda.
    2 years ago
  • Elekber
    ????????????
    2 years ago