Deputat Sumqayıt gəncləri ilə görüşdü 

saytların hazırlanması

Evə çatdırılma

Deputat Sumqayıt gəncləri ilə görüşdü 

Sosial

01 İyul 2021 08:48 918


Milli Məclisin deputatı Emin Hacıyev Sumqayıt gəncləri ilə görüşdü.

“Yeni Sabah” xəbər verir ki, YAP Sumqayıt şəhər təşkilatı Gənclər birliyi, Gənclərin inkişafı və karyera mərkəzinin Sumqayıt nümayəndəliyi və Sumqayıt Gənclər evinin birgə təşkilatçılığı ilə "Uğurunu paylaş" layihəsi çərçivəsində YAP Sumqayıt şəhər təşkilatının inzibati binasında Milli Məclisin deputatı Emin Hacıyevlə gənclərin görüşü keçirilib.

Emin Hacıyev Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində qazanılan qələbə münasibəti ilə qazi və gənclərimizi təbrik edərək, hər bir vətəndaşımızın Prezidentin siyasi gücünə arxalanaraq "Dəmir yumruq" kimi birləşdiyini vurğulayıb. pizza

İstər Vətən müharibəsi, istərsə də postmüharibə dövründə düşmən yalnız hərbi müstəvidə deyil, informasiya cəbhəsində də böyük təxribatlara əl atdığını və məhz İlham Əliyevin xarici mətbuata müsahibələrindən və beynəlxalq əhəmiyyətli tədbirlərdə çıxışlarından sonra yarılan informasiya blokadasından söz açan Emin Hacıyev Azərbaycan gənclərinin Prezidentin müsahibələrindəki mesajları yol xəritəsi kimi qəbul edərək ön cəbhədə əsgər kimi, arxa cəbhədə informasiya müharibəsinin döyüşçüsü kimi Ermənistanın təxribatlarının, yalan kampaniyalarının qarşısının alınmasında fəal iştirak etmələrindən danışdı.

Deputat Azərbaycan gənclərinin müharibə ilə bağlı gerçəkləri, Azərbaycanın haqq səsini həm sosial şəbəkələr, həm də xarici media vasitəsilə dünyaya çatdırmağa nail olduqlarını bildirdi.

Tədbirdə YAP Sumqayıt şəhər təşkilatı Gənclər birliyinin İdarə heyətinin üzvü, gənc şair Elvin Əlizadə, Vətən müharibəsi qazisi, baş leytenant Pərvin Abdullayev, Sumqayıt Gənclər evinin direktoru Nərgiz Nağıyeva, GİKM Sumqayıt nümayəndəliyinin direktoru Sevinc Qasımova və YAP Sumqayıt şəhər təşkilatı Gənclər birliyinin sədri Fəridə Qafarova müxtəlif mövzularda çıxışlar edərək gənclərə öz töhfələrini veriblər. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!