Deputat: 450 manatla necə dolanmaq olar... 

Deputat: 450 manatla necə dolanmaq olar... 

Sosial Veb saytların hazırlanması

02 Oktyabr 2023 17:27 8897


“Polisdə mühafizə, post-patrul xidməti kimi sahələrdə çalışan çoxsaylı əməkdaş əməkhaqqı az olduğu üçün işləmək istəmirlər”. 

Yenisabah.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev bildirib. 

“Polisdə 450 manat maaş alan əməkdaşlar var. İndiki dövrdə siz özünüz düşünün, bu məbləğlə necə dolanmaq olar? Ailələrini dolandıra bilmirlər, ona görə də işdən çıxırlar. İndi öhdəlik qoyuruq ki, işdən çıxacaqsansa, təhsil haqqını geri ödə, elə də olmaz. Pulları olsa, niyə işdən çıxsınlar? Lazım olsa, bunula bağlı lazımi qurumları çağırıb bu barədə düşünmək lazımdır”, - deyə o qeyd edib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!