Milli Məclisin deputatları Rusiya Federasiyasında keçiriləcək parlament (Dövlət Duması) seçkilərini müşahidə etmək üçün bu ölkəyə səfər edəcəklər.
“Yeni Sabah” xəbər verir ki, azərbaycanlı qanunvericilər səsvermə prosesini müxtəlif beynəlxalq qurumların, o cümlədən Müstəqil Dövlətlər Birliyinin Parlament Assambleyası (MDB PA) və MDB İcraiyyə Komitəsinin müşahidə missiyalarının tərkibində izləyəcəklər.
Səfər çərçivəsində deputatlar Moskva və digər iri şəhərlərdə yaradılmış seçki məntəqələrində səsvermənin gedişatını, bülletenlərin paylanması və səslərin sayılması prosesini yaxından izləyəcəklər. Azərbaycan heyətinin seçkilərin beynəlxalq standartlara və yerli qanunvericiliyə uyğunluğuna dair qiymətləndirmə aparacağı və müşahidələrin yekununa dair rəy bildirəcəyi gözlənilir. Toyuqlu pizza
Qeyd edək ki, Azərbaycan və Rusiya parlamentləri arasında sıx əməkdaşlıq çərçivəsində tərəflər mütəmadi olaraq qarşılıqlı şəkildə seçki missiyalarında müşahidəçi qismində iştirak edirlər.
Nazim Hacıyev
Telegram kanalımız