Yaponiyada qeyri-adi oğurluq

saytların hazırlanması

Evə çatdırılma

Yaponiyada qeyri-adi oğurluq

Maraqlı

04 Noyabr 2026 13:26 77


Tokioda baş verən qeyri-adi oğurluq hadisəsi bütün ölkənin diqqətini cəlb edib.

“Yeni Sabah” xəbər verir ki, bədəməl şəhərdəki lüks mağazalardan birində qiymətli saatı yoxlamaq bəhanəsi ilə qoluna taxaraq qaçıb.

Bundan cəmi 3 gün sonra oğru saati karqoyla mağazaya geri göndərib. pizza sifarişi

Aparılan yoxlamalar nəticəsində saatın heç bir zərər görmədiyi və üzərindəki seriya nömrəsinin oğurlanan məhsulla tam uyğunluğu təsdiqlənib. Lakin hadisənin absurd və maraqlı tərəfi bununla bitməyib. Karqo paketinin içindən şübhəlinin əlyazması aşkarlanıb.

Bütün bunlara baxmayaraq, hüquq-mühafizə orqanları cinayət işini bağlamayıb. İlkin araşdırmalar zamanı karqodakı göndərən məlumatlarının saxta olduğu üzə çıxıb və polis həmin şəxsin izinə düşmək üçün axtarışları davam etdirir.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!