Ermənistana 25-ci maddə tətbiq oluna bilər

saytların hazırlanması

Evə çatdırılma

Ermənistana 25-ci maddə tətbiq oluna bilər

Dünya

04 Noyabr 2026 13:40 50


KTMT Kollektiv Təhlükəsizlik Şurası müvafiq gündəliyi təsdiqləyərkən təşkilatın Nizamnaməsinin 25-ci maddəsinin Ermənistana tətbiqini nəzərdən keçirə bilər.

"Yeni Sabah" TASS-a istinadla xəbər verir ki, bunu KTMT-nin baş katibi Taatbek Masadıkov IV Minsk Beynəlxalq Avrasiya Təhlükəsizliyi Konfransında bildirib.

Bundan əvvəl Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan rəsmi İrəvanın KTMT-yə qayıtması üçün heç bir səbəb görmədiyini demişdi. Dominos pizza

"Bu məsələ Kollektiv Təhlükəsizlik Şurasında müzakirə olunacaq. Fəaliyyəti dondurma Ermənistanın qərarıdır. Ölkə rəhbərlərindən ibarət Kollektiv Təhlükəsizlik Şurasının qərarı onun iclasından sonra məlum olacaq", - Masadıkov bildirib.

O qeyd edib ki, Rusiya Federasiyası KTMT Nizamnaməsinin 25-ci maddəsinin Ermənistana tətbiqi ilə bağlı qətnamə layihəsi təqdim edib. "Bu, üzvlük haqları ilə bağlıdır", - deyə o əlavə edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!