DİN-in tabeliyindəki 3 məktəbəqədər təhsil müəssisəsi Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyinə verilib.
"Yeni Sabah" xəbər verir ki, bunlar Nəsimi rayonundakı 355, 357 və Səbail rayonundakı 356 nömrəli körpələr evi-uşaq bağçalarıdır.
Məktəbəqədər təhsil müəssisələrinə növbəyə yazılma prosesi müvəqqəti dayandırılsa da, həmin bağçalarda qeydiyyat prosesi davam etdirilir. Valideynlər hər üç bağça üzrə bq.edu.az elektron qeydiyyat sistemi vasitəsilə müraciət edə bilərlər. Dominos pizza
Telegram kanalımız