Kiberdələduzlar saxta internet səhifələri və keçidlər, uduş və hədiyyə vədləri, eləcə də digər cəlbedici təkliflər vasitəsilə vətəndaşların bank kartlarına aid məxfi məlumatları ələ keçirməyə çalışırlar.
"Yeni Sabah" DİN-ə istinadla xəbər verir ki, bank kartının məlumatları, o cümlədən CVV/CVC kodu və əməliyyatların təsdiqi üçün göndərilən 3D Secure OTP kodları məxfidir və heç bir halda digər şəxslərlə paylaşılmamalıdır.
Vətəndaşlar naməlum keçidlərə daxil olmaqdan, etibarlılığı şübhə doğuran internet səhifələrində kart məlumatlarını qeyd etməkdən, eləcə də şübhəli zəng, mesaj və təkliflərə etibar etməkdən çəkinməlidirlər. Dominos pizza
DİN internet resurslarından istifadə zamanı diqqətli və ayıq-sayıq olmağa, bank məlumatlarının təhlükəsizliyini qorumağa çağırıb.
Telegram kanalımız