Dodaqların rəngində baş verən dəyişikliklər təkcə estetik problem deyil, həm də sağlamlıqla bağlı mühüm siqnal ola bilər. Mütəxəssislər bildirirlər ki, dodaqların getdikcə tündləşməsi və ya bənövşəyi rəng alması bəzi xəstəliklərin əlaməti ola bilər. Bu səbəbdən belə dəyişikliklərə laqeyd yanaşmaq tövsiyə edilmir.
“Yeni Sabah” xəbər verir ki, sağlam dodaqlar adətən açıq çəhrayı və ya insanın təbii dəri tonuna uyğun rəngdə olur. Lakin zaman keçdikcə dodaqların qəhvəyi, boz və ya bənövşəyi rəng alması müxtəlif səbəblərlə bağlı ola bilər.
Həkimlər dodaqların qaralmasının əsas səbəblərini belə sıralayırlar: Dördpendirli pizza
Siqaret çəkmək. Nikotin və digər zərərli maddələr melanin istehsalını artıraraq dodaqların tündləşməsinə səbəb ola bilər.
Günəş şüaları. Dəri kimi dodaqlar da ultrabənövşəyi şüaların təsirinə məruz qalır. Uzun müddət günəş altında qalmaq piqment artımına gətirib çıxara bilər.
Vitamin çatışmazlığı. B12 vitamini, dəmir və fol turşusunun çatışmazlığı dodaqların rəngini dəyişə bilər. Xüsusilə qanazlığı olan insanlarda bu hal daha çox müşahidə olunur.
Oksigen çatışmazlığı. Dodaqların qəfil göyərməsi və ya uzun müddət bənövşəyi rəngdə qalması qanda oksigen səviyyəsinin azalmasına işarə edə bilər. Bu, ürək, ağciyər və qan dövranı problemlərinin əlaməti ola bilər. Əgər bu vəziyyət nəfəs darlığı, sinə ağrısı və ya başgicəllənmə ilə müşayiət olunursa, təcili həkimə müraciət edilməlidir.
Dodaqları tez-tez yalamaq və susuzluq. Dodaqları davamlı yalamaq, keyfiyyətsiz kosmetik vasitələrdən istifadə, kifayət qədər su içməmək və allergik reaksiyalar da dodaqların qurumasına, qıcıqlanmasına və rənginin tündləşməsinə səbəb ola bilər.
Əsmətxanım Rzazadə
Telegram kanalımız