Özünü müğənni Doğuşun oğlu kimi təqdim edən türkiyəli gənc Doğuşun maşınını və evini istəyib.
Yenisabah.az xəbər verir ki, Xoşqədəm Hidayətqızının "Günaydın, Azərbaycan" verilişinə gələn Meyz adlı gənc atasının maşınını bəyəndiyini bildirib.
Xoşqədəm Hidayətqızı isə bu vəziyyətdən gileylənib: Marqarita pizza
“Gəlsin bura, mənim maşınımla nə işi var? Camaatda bəxt var. Gələn elə deyir ki, sizdə o var, mənə ver. Başqalarının uşaqları fabrik, zavod sahibi olur. Dəfələrlə olub ki, “Səni Axtarıram”da fabrik sahibi gəlib üzünü belə görmədiyi atasını axtarıb, deyib ki, ona baxacam. Bizdə də gəlib maşına, evə baxır, pay istəyir. Şans həqiqətən yaxşı şeydir, ay Doğuş”.
Həmin görüntüləri təqdim edirik:
Telegram kanalımız