Dondurmada bakteriya aşkarlandı -   Satışı dayandırıldı

saytların hazırlanması

Evə çatdırılma

Dondurmada bakteriya aşkarlandı - Satışı dayandırıldı

Sosial

25 Avqust 2026 15:09 88


Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) dondurma məhsullarının təhlükəsizlik və keyfiyyət göstəricilərinin qiymətləndirilməsi məqsədilə monitorinq keçirib.

“Yeni Sabah” AQTA-ya istinadən xəbər verir ki, monitorinq çərçivəsində 13 istehsalçıya məxsus 27 dondurma nümunəsi götürülərək laborator müayinələrə cəlb olunub.

Müayinələrin nəticələrinə əsasən, istehsalçı fiziki şəxs Qasımov Tahir Adil oğluna məxsus məhsul nümunəsində uyğunsuzluq aşkarlanıb. Belə ki, müəssisədə istehsal olunan “Fantaziya” əmtəə nişanlı “Matroskin” südlü dondurmasından götürülmüş nümunədə E.Coli və Enterobacteriacea göstəriciləri üzrə mikrobioloji uyğunsuzluq müəyyən edilib. Sezar pizza

Bundan əlavə, məhsulun etiketində kərə yağından istifadə olunduğu qeyd edilsə də, laborator müayinələr zamanı onun tərkibində bitki sterini aşkarlanıb.

Bununla əlaqədar qanunvericiliyə uyğun inzibati tədbir görülüb. Müəssisədə dondurma istehsalı dayandırılıb, uyğunsuz məhsul partiyasının satışının qadağan edilməsi, dövriyyədən çıxarılması və geri çağırılması ilə bağlı məhdudlaşdırıcı tədbirlər tətbiq olunub.

Nəticədə ticarət şəbəkələrindən geri çağırılan 38,4 kq və müəssisənin anbarında olan 120 kq olmaqla, ümumilikdə 158,4 kq uyğunsuz dondurma məhsulu AQTA əməkdaşlarının iştirakı ilə məhv edilib.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!