Dünyaca məşhur aşpaz ağlayaraq yardım istədi - Video

saytların hazırlanması

Evə çatdırılma

Dünyaca məşhur aşpaz ağlayaraq yardım istədi - Video

Dünya

07 Fevral 2023 15:00 941


Türkiyənin məşhur aşpazı Burak Özdemir (CZN Burak)  sosial şəbəkə hesabında ağlayaraq insanlardan yardım istəyib. 

Yenisabah.az xəbər verir ki, aşpaz dağıntılar altında qalanlar üçün özünün də yardım göndərdiyini deyərək, hər kəsi buna səsləyib:

“İndi mağazaya gəldim. Hazırlıqlarımız davam edir. Hataya, Adıyaman və Maraşa tırlarımızı yollayacağıq. Yolların vəziyyətindən bixəbərik, amma onlara yardımımızı göndərəcəyik. Kaş ki, hazır təyyarə olsaydı, yardımızı aparardıq, amma indi bu yoxdur. Bişirdiyimiz çörəkləri göndərəcəyik. Çox xahiş edirəm, hamı əlindən gələn köməyi etsin. Dünəndən mənə çox mesaj gəlir. İnanın ki, heç nə edə bilmirəm (ağlayır). Çünki orada deyiləm. Bilmirəm, necə olacaq? Ümid edirəm ki, hər kəs dağıntılar altından sağlam çıxa biləcək. Sezar pizza

Xahiş edirəm, yardımlarınızı əsirgəməyin. Hazırda dağıntılar altında çox sayda insan var. Həqiqətən vəziyyətləri olduqca pisdir. Bir sıra mesajlar gəlir. Amma heç nə edə bilmirik. Lütfən hər kəs əlindən gələni etsin”.

Həmin görüntüləri təqdim edirik:

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!