Adətən insanlar arasında məhşur bir deyim olaraq deyilən bir söz var. Dünyanın sonu yaxınlaşır. Bəs bunu nəyə əsasən deyirlər? Əsasən, qiyamət əlamətləri İslam inancında dünyanın sonunun yaxınlaşdığını bildirən işarələrdən sayılır. Bu əlamətlər isə iki əsas qismə bölünür.
Yenisabah.az təqdim edir:
Kiçik əlamətlər:
İman azlığı və insanların dini dəyərlərə laqeyd qalması.
Müharibələr, fitnələr və çaxnaşmaların artması.
Ailə münasibətlərinin zəifləməsi, ana-baba ilə münasibətlərin pisləşməsi.
İqtisadi böhranlar və yoxsulluğun artması.
Yalan, rüşvət və ədalətsizliklərin yayılması.
Böyük əlamətlər:
Mehdi (ə) gəldikdən sonra ədaləti bərpa edəcək.
İsa (ə) göydən enəcək.
Dabbatu-l-ard (yer heyvanı) ortaya çıxacaq.
Günəşin qərbdən doğması.
Yerin şiddətli zəlzələlər və fəlakətlərlə qarşılaşması.
Qeyd edək ki, bu əlamətlərin bəziləri Quran və Hədislərdə qeyd olunub. İslam alimləri bu əlamətlərin meydana gəlməsini müzakirə edərək, insanların hazırlıqlı olmalarının vacibliyini vurğulayırlar.
Aytac Şahin
Telegram kanalımız