Yeni tədris ilinin başlanmasına sayılı günlər qalmış paytaxtın küçə və prospektlərində, xüsusilə təhsil müəssisələrinin yerləşdiyi ərazilərdə yol hərəkətinin təhlükəsizliyinin təmin olunması istiqamətində tədbirlər gücləndirilib.
Yeni Sabah xəbər verir ki, bu barədə Dövlət Yol Polisi (DYP) və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) birgə məlumatında bildirilib.
Qeyd olunub ki, tədris ilinin başlaması ilə məktəblərin ətrafında nəqliyyat vasitələrinin və piyadaların hərəkət intensivliyinin əhəmiyyətli dərəcədə artacağı nəzərə alınaraq, həmin ərazilərdə yol şəraitinə nəzarət gücləndirilir. pizza mizza
Məlumata görə, təhsil müəssisələrinin yerləşdiyi ərazilərdə yol hərəkətinin təşkili vəziyyəti diqqətlə araşdırılır. Mövcud yol nişanları və nişanlanma xətləri nəzərdən keçirilir, aşkar olunan çatışmazlıqların aradan qaldırılması istiqamətində müvafiq tədbirlər görülür.
Eyni zamanda, məktəblərin qarşısındakı piyada keçidlərinin, yol nişanlarının və digər texniki vasitələrin vəziyyətinə xüsusi diqqət yetirilir.
Görülən tədbirlərin əsas məqsədi yeni tədris ili ərzində şagirdlərin məktəbə gediş-gəlişi zamanı təhlükəsizliyinin yüksək səviyyədə təmin olunmasıdır.
Aytac Əliyeva
Telegram kanalımız