33 il axtarışda olan şəxs Azərbaycana   təhvil verildi

saytların hazırlanması

Evə çatdırılma

33 il axtarışda olan şəxs Azərbaycana təhvil verildi

Kriminal

18 İyun 2026 09:30 277


Beynəlxalq axtarışda olan şəxs Almaniya Federativ Respublikasında tutularaq Azərbaycana ekstradisiya edilib.

Bu barədə "Yeni Sabah"a Ədliyyə Nazirliyinin Mətbuat xidmətindən məlumat daxil olub.

İnterpolun Milli Mərkəzi Bürosunun beynəlxalq axtarışa verdiyi və yeri Almaniyada müəyyən edilən daha bir şəxsin iyunun 18-də Azərbaycana ekstradisiyası həyata keçirilib. Dominos pizza

1990-cı illərin əvvəlində tamah niyyəti ilə maddi sərvət əldə emək məqsədilə digər şəxslərlə cinayət əlaqəsinə girib zorakılıqla bağlı olan basqınla müşayiət olunan quldurluq hərəkətləri edərək, zərərçəkmiş Qurbanəli Mustafayevin sağlamlığına ağır zərər vurmaqla onu qəsdən öldürməkdə (qüvvədə olmuş Cinayət Məcəlləsinin 94-cü maddəsinin 2-ci bəndi və 145-ci maddəsinin 2-ci hissəsinin 1,2,3,6,8-ci bəndləri) ittiham edilmiş və 33 il beynəlxalq axtarışda olan Gürcüstan vətəndaşı Elşən Şamilovun yeri Almaniyada müəyyən olunub və o, həbs edilib.

Baş Prokurorluğun sorğusu və beynəlxalq prosedurlara uyğun tələb olunan sənədlərin təqdimatından, habelə aparılan danışıqlardan sonra həmin şəxsin Azərbaycana ekstradisiyası ilə bağlı razılıq əldə olunub:

Elşən Həsən oğlu Şamilovu Ədliyyə Nazirliyinin Beynəlxalq əməkdaşlıq baş idarəsinin və Nazirliyin Penitensiar xidmətinin məsul əməkdaşları Frankfurt şəhərindən ölkəmizə gətirilib və məhkəmənin həbs qərarına əsasən müvafiq istintaq təcridaxanasına yerləşdirilib. 

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!