Vəkil Elçin Əmirov həbs edilib.
"Yeni Sabah" Qafqazinfo-ya istinadla xəbər verir ki, 9 saylı vəkil bürosunda fəaliyyət göstərən E.Əmirov vətəndaş şikayəti əsasında cinayət məsuliyyətinə cəlb edilib.
Ona qarşı Cinayət Məcəlləsinin 178.2.2-ci (dələduzluq-təkrar törədildikdə) və 182-ci (hədə-qorxu ilə tələb etmə) maddələri ilə ittiham irəli sürülüb, məhkəmə qərarı ilə barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib. Onlayn mağaza
Vəkil hazırda Bakı İstintaq Təcridxanasında saxlanılır.
2 gün əvvəl də vəkil Raman Abışov həbs edilmişdi. O, hədə-qorxu ilə tələb etməkdə ittiham olunur.
Telegram kanalımız