Azərbaycanın 2027-ci il büdcəsi:   Gəlirlər və xərclər bəlli oldu

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanın 2027-ci il büdcəsi: Gəlirlər və xərclər bəlli oldu

İqtisadiyyat

16 Noyabr 2026 11:13 46


Milli Məclisin bugünkü plenar iclasında gələn ilin büdcə zərfi, o cümlədən "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsi müzakirəyə çıxarılıb.

"Yeni Sabah" xəbər verir ki , layihəyə əsasən, 2027-ci il dövlət büdcəsinin gəlirləri 39 milyard 254 milyon manat, xərcləri isə 42 milyard 400 milyon manat məbləğində proqnozlaşdırılır. Gəlirlərin strukturunda mərkəzləşdirilmiş gəlirlər 38 milyard 518 milyon 425 min manat, yerli gəlirlər isə 735 milyon 575 min manat təşkil edəcək. Xərclər hissəsində isə mərkəzləşdirilmiş xərclərin 41 milyard 664 milyon 425 min manat, yerli xərclərin isə 735 milyon 575 min manat olacağı nəzərdə tutulur. Nəticə etibarilə gələn il dövlət büdcəsində 3 milyard 146 milyon manat məbləğində kəsirin yaranacağı gözlənilir ki, bu da illik müqayisədə 1,7 faiz çoxdur.

Sənəddə 2027-ci il üzrə Azərbaycanın icmal büdcəsinin əsas parametrləri də öz əksini tapıb. Gələn il icmal büdcənin gəlirlərinin 47 milyard 619,2 milyon manat, xərclərinin isə 50 milyard 377,1 milyon manat səviyyəsində formalaşacağı proqnozlaşdırılır. Bu göstəricilər 2026-cı ilin təsdiq olunmuş proqnozları ilə müqayisədə müvafiq olaraq 5,9 faiz və 3,1 faiz artım deməkdir. Yekunda icmal büdcədə illik müqayisədə 28,7 faiz azalma ilə 2 milyard 757,9 milyon manat həcmində kəsirin yaranacağı müəyyənləşdirilib. İnternet mağaza

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!