Əhaliyə bəd xəbər:   Bu sektorda qiymət artacaq

saytların hazırlanması

Evə çatdırılma

Əhaliyə bəd xəbər: Bu sektorda qiymət artacaq

Sosial

21 Noyabr 2022 12:19 64805


Yeni il ərəfəsində və 2023-dən başlayaraq ərzaq və xidmətlərdə qiymətlərin kəskin artacağına dair eyhamlar var. Pensiya, müavinət və tələbə təqaüdlərinin artırılacağına istinadla iqtisadçılar əhali artıq indidən gözlənilən bahalaşmaya hazır olmağa çağırır.

Xatırladaq ki, bir müddət əvvəl sərnişindaşıma şirkətləri də Tarif Şurasına müraciət edərək bu xidmət növündə qiymət artımını təklif edib. Şirkətlər bildirib ki, gediş haqqının 30 qəpik olması onların xərcini ödəmir. Xeyirdən çox ziyana işlədiklərini deyən sərnişindaşıma şirkətləri gediş haqlarının təxmini 50 qəpik olmasını istəyir.

Bununla bərabər, kommunal xərclərin artımı barədə dedi-qodular dolaşır. Bəziləri bunu indidən bahalaşmaya hazırlıq kimi dəyərləndirir. Dominos pizza

 Mövzu ilə bağlı Yenisabah.az-a danışan iqtisadçı-ekspert Natiq Cəfərli deyib ki, Azərbaycanda qiymət artımı ilə bağlı Yeni İl öncəsi bir sıra “sürprizlər” artıq indidən özünü göstərir:

“2023-cü il qədəm qoymazdan əvvəl dövlətin tənzimlədiyi qiymətlərdə müəyyən artımlar müşahidə edilir. Artım, əsasən, nəqliyyat sistemində gözlənilir. Çünki metropoliten və sərnişindaşıma nəqliyyatı dəfələrlə açıqlamalarında maya dəyərinin həddən artıq yüksək olduğunu bildirib. Ola bilər ki, ilin əvvəlində ilk “xoş xəbər” nəqliyyatdan gəlsin”.

N. Cəfərli kommunal sahəsində qiymət artımının olmayacağını bildirib:

“Hazırda Azərbaycanda kommunal xərcləri olduqca yüksəkdir. Azərbaycanda qonşu ölkələrdə müqayisədə kommunal xidmətlər olduqca bahadır. Əlbəttə, Avropaya nisbətən o, ucuz ola bilər, amma qonşu ölkələrə baxdıqda yox”.

Həcər ƏMİRASLANLI


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Arif Nəbiyev
    Ay hörmətli iqtisadcimiz o gediş haqqının qaldırılması ilə bərabər nə olar ki müavinətlər də qaldırılsın məsələn mən əvvəl 110 AZN gözümə görə sosial pensiya alırdım sonra cəmi 10 AZN qalxdı oldu 120 AZN indi mən 120 aznle necə getməyim bir yana heç uzaq olsun hamıdan qaraciyər serrozuyam heç dərmanlarını ala bilmirəm bu nə dərəcədə düzgündür xahiş edirəm sosial müavinətlərin qaldırılması ilə bağlı işlər görülsün
    3 years ago
  • İltifat
    Könüllülərdən və ya vicdanlı vergi işçilərindən ibarət bir neçə qrup düzəltməklə xronometraj aparıb konkret sübut etmək olar ki,avtobus və metroda gediş haqqı nın 30 qəpik olması hələ artıqdır.
    3 years ago