Əhəd Abıyevdən taksi açıqlaması

saytların hazırlanması

Evə çatdırılma

Əhəd Abıyevdən taksi açıqlaması

Sosial

26 İyul 2021 11:34 4828


Daşkəsən rayon İcra hakimiyyətinin başçısı Əhəd Abıyev məşhur taksi şirkətini almasl ilə bağlı xəbəri təkzib edib.

Bu haqda “Yeni Sabah”a İH-dən açıqlama daxil olub. Açıqlamada bildirilir ki, bir çox saytlarda “Əhəd Abıyev məşhur taksi şirkətini aldı” başlıqlı xəbər həqiqətə uyğun  deyil. Hətta bu xəbərin araşdırılması üçün Baş Prokurorluğa, Daxili İşlər Nazirliyinə və Dövlət Təhlükəsizliyi Xidmətinə müraciət edildiyini qeyd edib.

“Birmənalı olaraq bildiririk ki, adı çəkilən taksi şirkətinin Əhəd Abıyevə heç bir aidiyyəti və onunla qətiyyən əlaqəsi yoxdur.Bu xəbər Daşkəsən rayon İcra hakimiyyətinin başçısı Əhəd Abıyevin işgüzar nüfuzunu ləkələməyə hesablanıb. Daşkəsən rayon İcra hakimiyyətinin başçısı ilə bağlı ictimai fikri çaşdıran həmin xəbərdəki  məlumatların heç bir əsası yoxdur, tamamilə yalandır, uydurma və şayiədir. Heç bir halda ifadə azadlığı vətəndaşın şərəf və layəqətini ləkələmək hüququ vermir”. pizza hut

Xatırladaq ki, yayıılan məlumatda bildirilirdi ki, Ə. Abıyev *9933 taksi şirkəti satılıb. Şirkətin *2424 taksi şirkəti tərəfindən alınaraq, birləşdirildiyi və birləşdirilmədən sonra şirkətin “Aztaksi” adı ilə fəaliyyətə başlayacağı qeyd olunurdu. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!