Eks-prezident kömür oğurluğunda ittiham olunur

saytların hazırlanması

Evə çatdırılma

Eks-prezident kömür oğurluğunda ittiham olunur

Dünya

13 Dekabr 2022 15:45 737


Monqolustanın keçmiş prezidenti Xaltmaaqiyn Battulqa, habelə 7 deputat və bir sıra digər nüfuzlu şəxslər böyük bir kömür oğurluğunda əli ola bilər.

Yenisabah.az xəbər verir kiki, bu barədə ölkənin Korrupsiyaya Qarşı Mübarizə Agentliyi məlumat yayıb.

Onların qeyri-qanuni kömür ixracında əli olduğunu yoxlamaq üçün əsaslar var. Pepperoni pizza

Hazırda Korrupsiyaya Qarşı Mübarizə Agentliyi, Baş Kəşfiyyat İdarəsi və Monqolustan Polis Baş İdarəsinin birgə işçi qrupu kömür hasilatı və satışı, habelə dövlət vəsaiti ilə mal və xidmətlərin alınması ilə bağlı işi araşdırır. Artıq 35 nəfərə qarşı ittiham irəli sürülüb. Həmçinin 47 obyektdə axtarışlar aparılıb, 15 nəfər saxlanılıb, 10 nəfər istintaq təcridxanasındadır.

Bir neçə gündür ki, Monqolustanın paytaxtında kömür oğurluğu ilə bağlı məlumatın yaratdığı qalmaqalla bağlı etiraz aksiyaları keçirilir. Qeyri-rəsmi məlumatlara görə, ölkədə ümumilikdə 1,7 milyard dollar dəyərində 6,5 milyon ton kömür oğurlanıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!