“Eks-prezident qayıtsa, həbs olunacaq“ - Japarov

saytların hazırlanması

Evə çatdırılma

“Eks-prezident qayıtsa, həbs olunacaq“ - Japarov

Dünya

21 Fevral 2023 11:11 807


Qırğızıstanın keçmiş prezidenti Kurmanbek Bakiyev vətəninə qayıdarsa, həbs ediləcək.

Yenisabah.az "Kabar"a istinadla xəbər verir ki, Qırğızıstanın hazırkı prezidenti Sadır Japarov bildirib.

O deyib: "Bakiyevlə bağlı məhkəmə qərarı var. O, geri qayıdarsa, həbsə alınacaq. Biz məhkəmə qərarlarına tabe olmalıyıq". Marqarita pizza

Onun sözlərinə görə, Qırğızıstanın bütün keçmiş prezidentlərinin fevralın 18-də Dubayda təşkil olunan görüşü “birləşməyə” yönəlib. "Ölkənin bütün siyasətçiləri ilə bu qəbildən olan görüşlər davam etdiriləcək", - deyə Japarov vurğulayıb.

O, həmvətənləri respublikanın suverenliyinin möhkəmləndirilməsi naminə keçmiş inciklikləri unutmağa çağırıb.

Xatırladaq ki, Qırğızıstanın keçmiş prezidenti Kurmanbek Bakiyev 2010-cu il aprelin 7-də Bişkek şəhərinin mərkəzində müxalifətin nümayişlərindən sonra hakimiyyəti itirib və ölkədən qaçıb. Sonra Qırğızıstanın paytaxtında 80-dən çox insan həlak olub, 300-ə yaxın insan yaralanıb.

Bakiyev və hazırda Belarusda yaşayan qardaşı Janıbek (Janış) 2010-cu il aprelin 7-də qətliamın təşkilində şərik olmaqda təqsirli bilinərək qiyabi olaraq ömürlük həbs cəzasına məhkum ediliblər. Daha sonra Bakiyevin ömürlük həbsi 30 il həbs cəzası ilə dəyişdirilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!