“Elə bilirlər ki, mənim 10 evim var”   – Əməkdar artist

saytların hazırlanması

Evə çatdırılma

“Elə bilirlər ki, mənim 10 evim var” – Əməkdar artist

Şou

23 İyun 2020 09:51 1243


“Həmişə mənim haqqımda müxtəlif şayiələr dolaşıb. İnsanlarda elə təəsürat yaradıblar ki, guya mən çox varlı adamam, var dövlətim başımdan aşır. Çox adam elə bilir ki, mənim 10 evim var”.

Yenisabah.az xəbər verir ki, bu sözləri “Xəzər” TV-də efirə gedən “Ay Zaur” verilişində qonaq olan Əməkdar artist Cavanşir Məmmədov deyib. Müğənni bildirib ki, onun cəmi bir evi var: “Hazırda yaşadığım mənzildən başqa heç bir evim yoxdur. Oğlumun və qızımın da hərəsinin bir evi var. Haqqımda deyilənlərin hamısı yalandır”.

Əməkdar artist biznesinin olduğuna dair yayılan xəbərləri də təkzib edib. Deyib ki, iş adamı olmadığı üçün biznesi də yoxdur: “Elə bir obyektim yoxdur ki, ordan ayda min manat qazanc götürüm. Əksər müğənnilər kimi mən də evdə oturub, günü-günə calayıram”. pizza

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!