Əli Əsədov Berdiməhəmmədovla görüşdü

saytların hazırlanması

Evə çatdırılma

Əli Əsədov Berdiməhəmmədovla görüşdü

Sosial

22 May 2026 10:42 108


Aşqabad şəhərində işgüzar səfərdə olan Azərbaycanın Baş naziri Əli Əsədov mayın 22-də Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov ilə görüşüb.

Bu barədə “Yeni Sabah”a Nazirlər Kabinetinin Mətbuat xidmətindən məlumat verilib. 

Ə.Əsədov Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını Türkmənistanın dövlət başçısına çatdırıb. pizza hut

Sərdar Berdiməhəmmədov Prezident İlham Əliyevin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Azərbaycanın dövlət başçısına çatdırmağı xahiş edib.

Görüş zamanı Azərbaycan ilə Türkmənistan arasında qarşılıqlı etimada əsaslanan siyasi dialoqun dinamik inkişaf etdiyi vurğulanıb, ikitərəfli əməkdaşlığın müxtəlif istiqamətlər üzrə genişləndirilməsi imkanları müzakirə olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!