Əli Əsədov qərar imzaladı

saytların hazırlanması

Evə çatdırılma

Əli Əsədov qərar imzaladı

Sosial

24 İyul 2026 11:58 673


Nazirlər Kabineti 17 avqust 2022-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Enerji menecment sisteminə dair Tələblər”də və 18 aprel 2023-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Elektrik və istilik enerjisi istehsalı və təbii qazın emalı üzrə effektivlik potensialının qiymətləndirilməsi qaydası və qiymətləndirmə meyarları”nda dəyişiklik edib.

“Yeni Sabah” xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, bundan sonra bəzi təsərrüfat subyektləri sertifikatlaşdırılma ilə bağlı məlumatı Energetika Nazirliyi ilə yanaşı enerji effektivliyi informasiya sisteminə (EEİS) də təqdim edəcək. Bundan başqa, təsərrüfat subyektində tətbiq olunan enerji menecment sisteminin və bu sahədə əldə edilmiş nəticələrə dair illik hesabatlar sorğu edildiyi təqdirdə hər hesabat ilindən sonra gələn növbəti ilin yanvar ayının sonuna qədər Energetika Nazirliyi ilə yanaşı EEİS-ə də təqdim olunacaq. pizza sifarişi

Eyni zamanda, bundan sonra effektivlik potensialının qiymətləndirilməsi EEİS vasitəsilə həyata keçiriləcək. Təsərrüfat subyektləri müvafiq hesabatları yazılı və ya elektron qaydada EEİS vasitəsilə nazirliyə təqdim edəcək. Qiymətləndirmənin nəticələri 5 iş günü müddətində həmin təsərrüfat subyektinin EEİS-dəki elektron kabinetində yerləşdiriləcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!