Ellada Mustafayeva vəfat etdi

saytların hazırlanması

Evə çatdırılma

Ellada Mustafayeva vəfat etdi

Sosial

28 Fevral 2023 07:30 45097


İKT və PR sahəsində mütəxəssis, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin sektor müdiri Ellada Mustafayeva vəfat edib.

“Yeni Sabah” xəbər verir ki, bu haqda sosial şəbəkələrdə məlumat yayılıb. Xəbərdə gənc xanımın onkoloji xəstəlikdən vəfat etdiyi bildirilir.

E. Mustafayeva hələ bir neçə il əvvəl ABŞ Dövlət Departamentinin Beynəlxalq Ziyarətçilərin Liderlik Proqramının (IVLP) 80 uğurlu sima arasında yer almışdı. Sezar pizza

Ellada Mustafayeva PR, media, təhsil və idarəçilik sahəsində dövlət və özəl qurumlarla peşəkar iş təcrübəsinə malik idi. Bir sıra beynəlxalq və yerli layihələrin idarə və icra olunmasında yer almışdı.

Allah rəhmət eləsin!

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!