Elməddinin serialı dayandırıldı: “Çünki...“

saytların hazırlanması

Evə çatdırılma

Elməddinin serialı dayandırıldı: “Çünki...“

Şou

27 Avqust 2021 11:57 3021


Aktyor Elməddin Cəfərovun ATV-də yayımlanan "Ailəmiz" serialının yayımı dayandırılıb.

Yenisabah.az xəbər verir ki, bu haqda Axşam.az-a özü məlumat yayıb.

Onun sözlərinə görə, yeni mövsümdə ancaq "Qız atası" serialı efirə gedəcək: pizza mizza

"Ailəmiz" serialını dayandırdıq. Maddi sıxıntılarımız yarandı. Pandemiya bizə də təsir etdi. Maddiyyat da olmayanda işləmək həvəsi qalmır. Effekt almaq olmur. Maliyyə nə vaxt düzəlsə, yeni layihələrə başlayacam. Amma hələ belə bir plan yoxdur. Deyirlər qapanma gözlənilir. Buna görə də gözləyirik".

Elməddin Cəfərov bundan əvvəl ATV-də "Bacanaqlar", "Qardaşlar" kimi serialları yayımlanırdı.

"Ailəmiz" serialında Elməddinlə yanaşı, Xalq artistləri Firəngiz Mütəllimova, Fatma Mahmudova, aktyorlar Məcid Hüseynov, Gültac Əlili və başqaları rol alıblar.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!