Elsevər Ağayev bu vəzifəsini də itirdi

saytların hazırlanması

Evə çatdırılma

Elsevər Ağayev bu vəzifəsini də itirdi

Sosial

09 Fevral 2022 09:19 1705


Fevralın 3-də Prezident İlham Əliyevin sərəncamı ilə vəzifəsindən azad edilən Səhiyyə nazirinin müavini Elsəvər Ağayev Farmakoloji və Farmakopeya Ekspert Şurasının sədri vəzifəsini də itirib. 

Qaynarinfo-nun əldə etdiyi məlumatına görə, bu vəzifə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Maliyyə Baş İdarəsinin sabiq rəis müavini, hazırda Səhiyyə nazirinin müavini olan Rasim İsmayılova tapşırılıb. 

Əldə etdiyimiz digər məlumata görə, qarşıdakı aylarda Elsəvər Ağayevin rəhbərlik etdiyi Farmakoloji və Farmakopeya Ekspert Şurası başqa bir adla yenidən təşkil ediləcək.  pizza sifarişi

Səhiyyə nazirin müavini İlqar Qasımov Qaynarinfo-ya açıqlamasında bu barədə hələlik heç nə deyə bilməyəcəyini bildirib: "Hazırda başqa işlərlə məşğulam. İki gündür gəlmişəm və gərək bu barədə kimdənsə soruşam”. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!