Elxan Mütəllimova   YÜKSƏK VƏZİFƏ VERİLDİ

saytların hazırlanması

Evə çatdırılma

Elxan Mütəllimova YÜKSƏK VƏZİFƏ VERİLDİ

Siyasət

25 Avqust 2026 19:58 247


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən DOST Agentliyində yeni təyinat olub.

"Yeni Sabah" xəbər verir ki, bu barədə agentlik məlumat yayıb.

Bildirilib ki, Elxan Elman oğlu Mütəllimov Agentliyin Satınalmalar və təminat departamentinin müdiri vəzifəsinə təyin edilib. pizza

E.Mütəllimov Azərbaycan Memarlıq və İnşaat Universitetində "Menecment" ixtisası üzrə bakalavr, Azərbaycan Kooperasiya Universitetində isə "Maliyyə bazarları" ixtisası üzrə magistr təhsili alıb.

O, əmək fəaliyyətinə 2015-ci ildə bank sektorunda başlayıb. E.Mütəllimov 2018-2022-ci illərdə özəl sektorda, 2022-2023-cü illərdə DOST Agentliyində, 2023-2026-cı illərdə isə Sosial Xidmətlər Agentliyində çalışıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!