Rusiyaya qaçan şəxslə bağlı   SON DƏQİQƏ XƏBƏRİ

saytların hazırlanması

Evə çatdırılma

Rusiyaya qaçan şəxslə bağlı SON DƏQİQƏ XƏBƏRİ

Kriminal

16 Oktyabr 2026 11:23 92


Dələduzluqda ittiham olunan Azərbaycan vətəndaşı Anar Abbasov Rusiyadan Azərbaycana ekstradisiya edilib.

"Yeni Sabah" xəbər verir ki, Baş Prokurorluğun ekstradisiya ilə bağlı vəsatəti Rusiya Federasiyasının Baş Prokurorluğu tərəfindən təmin olunub.

Belə ki, Ağstafa Rayon Polis Şöbəsində ibtidai istintaqı aparılan cinayət işi üzrə Anar Abbasovun təkrarən qulluq mövqeyindən istifadə etməklə xeyli miqdarda ziyan vurmaqla dələduzluq cinayəti törətməsinə əsaslı şübhələr müəyyən edilib. Bununla əlaqədar onun təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə qərar qəbul olunub. pizza

İstintaqdan yayınaraq gizləndiyinə görə A.Abbasov barəsində axtarış elan edilib. O, Rusiya Federasiyasının ərazisində saxlanılıb və Ədliyyə Nazirliyinin aidiyyəti qurumları tərəfindən Azərbaycana gətirilib.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!