Əməkdar artist Yusif Mustafayev son vaxtlar arıqlaması ilə gündəmə gəlib.
“Yeni Sabah” xəbər verir ki, müğənni “1001 Şou” proqramında çəkisindən danışarkən 17 kiloqram arıqladığını açıqlayıb.
O bildirib ki, bir müddət əvvəl 103 kiloqram çəkidə olub, hazırda isə 86 kiloqramdır. Yusif Mustafayev daha 1 kiloqram arıqlayaraq 85 kiloqramda çəkisini sabit saxlamaq niyyətində olduğunu deyib. Dördpendirli pizza
Əməkdar artist arıqlamaq üçün qidalanmasına xüsusi diqqət etdiyini vurğulayıb:
“Plan qoymuşam, özümü arıqladıram. İnsan yaşlaşanda qıvraq olmaq üçün bir az arıqlamalıdır. 103 kiloqram idim, indi 86 kiloyam. Özümü çox rahat hiss edirəm. Mən ləng adamları xoşlamıram, özüm diribaşam. 85 kiloqramda dayanacağam. Yeməyimə fikir verirəm. Saat 6-dan sonra yemək yemirəm. Qida qəbul etsəm də, çox az yeyirəm”.
Aydan Hacı
Telegram kanalımız