Elm və təhsil naziri Emin Əmrullayev 5 Oktyabr Beynəlxalq Müəllimlər günü ilə əlaqədar ilk müəllimindən yazıb.
Yenisabah.az-ın məlumatına görə, nazir sosial media hesabında bunları qeyd edib:
“Gülzar müəllimə - ilk müəllimimdir. Mənə ana dilimdə oxumağı və yazmağı öyrətmiş, vətən sevgisini aşılamış və ətrafda baş verənlərə laqeyd qalmamağı bir dəyər kimi formalaşdırmış insan! Marqarita pizza
Müəllimlər günündə bir daha Sizə təşəkkürümü bildirirəm, əziz və sevimli Gülzar müəllimə!!!
Bayramınız mübarək!!!”.
Telegram kanalımız