Əmrullayev: Məktəblərdə yoxlamalar davamlı aparılacaq

saytların hazırlanması

Evə çatdırılma

Əmrullayev: Məktəblərdə yoxlamalar davamlı aparılacaq

Sosial

27 May 2024 12:30 380


Məktəblərdə yoxlamalar davamlı aparılacaq.

Yenisabah.az APA-ya istinadla xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında elm və təhsil naziri Emin Əmrullayev deyib.

O bildirib ki, məqsəd məktəblərə nizam-intizamın qaytarılmasıdır: Toyuqlu pizza

“Bu yoxlamalar iki istiqamətdə aparılır. Yoxlamaların birinci istiqaməti daha çox məktəblərə kömək etmək məqsədi daşıyır. Əsas odur ki məktəblərdə sənədlər, inzibati qaydalara uyğunluq yerində olsun. İkinci istiqamət üzrə monitorinq və yoxlamalar isə Nazirliyin daxili nəzarət şöbəsi tərəfindən aparılır. Bu daha çox qəbuledilməz kateqoriyalardan olan ciddi qanun pozuntularını əhatə edən yoxlamalardır.

Bu yoxlamalar davamlı olacaq. Çalışırıq ki, Nazirliyin regional idarələri də bu yoxlamalarda yaxından iştirak etsinlər. Təbii ki, ölkədə fəaliyyət göstərən 4400 orta məktəbi eyni anda yoxlamaq və nəzarət etmək qeyri-mümkündür. Amma biz müəyyən alqoritm əsasında bu yoxlamaları həyata keçiririk”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!