Fevralın 8-i Bakı, Sumqayıt və Abşeron istisna olmaqla digər şəhər və rayonlarda V-IX siniflərdə ənənəvi tədris forması qismən bərpa olundu. Bu gündən etibarən isə sözügedən 3 bölgədə V-IX siniflərin ənənəvi təhsilinə start verilib.
Maraqlıdır, ənəvi təhsilin bərpası ölkədə təhsilin keyfiyyətinə necə təsir edəcək?
Təhsil eksperti Elşən Qafarov məsələ ilə bağlı Yenisabah.az-a açıqlamasında bildirib ki, hazırda hibrit təhsil forması tətbiq olunur və bu üsulla əlaqədar ölkəmizdə az da olsa təcrübə olduğu üçün çətinlik yaranmayacaq: Sezar pizza
“Məktəblərə Təhsil Nazirliyi tərəfindən yeni təhsil planı təsdiq olunaraq göndərilib. Mövcud vəziyyətlə əlaqədar Bakı, Sumqayıt və Abşeronda 2 gün əyani təhsil, digər günlər isə onlayn təhsil prosesi həyata keçiriləcək. Ölkənin digər regionlarında isə əyani təhsil 4 və ya 5 günlük ola bilər. Hansı dərslərin ənənəvi, hansıların onlayn şəkildə şagirdlərə çatdırılacağı artıq müəyyənləşdirilib. Ümumtəhsil məktəblərində sentyabrın 15-dən oktyabrın 15-dək olan dövrdə eyni vəziyyətdə işlədiklərinə görə ortada qismən də olsa, təcrübə var. Ona görə də fikrimcə, bu üsulla əlaqədar elə bir çətinlik olmayacaq”.
Sayad HƏSƏNLİ
Telegram kanalımız