“Mən şəxsən Ənvər paşanın Kərbəla ziyarətində iştirakı ilə bağlı hansısa mənbə ilə rastlaşmamışam”.
Bu sözləri “Yeni Sabah”a Cümhuriyyət dövrünün tədqiqatçısı Dilqəm Əhməd deyib.
O, son günlər sosial mediada paylaşılan Ənvər paşanın Kərbəla ziyarətini əks etdirən fotosunun həqiqliyini şübhəyə alıb. pizza mizza
Osmanlının hərbiyyə nazirinin İmam Hüseyn məqbərəsini ziyarət etməsini bir çox izləyici də əssasız sayıb.
D.Əhməd bildirib ki, hər hansı yüksək çinli Osmanlı rəsmisinin Kərbəla ziyarəti ilə bağlı dəqiq nəsə demək çətindir:
“Kərbəlanın yerləşdiyi ərazi Bəsrə vilayəti kimi Osmanlının nəzarətində idi. Lakin həmin ərazidə müxtəlif ərəb qəbilələrinin tez-tez üsyanları baş verirdi. Adətən, Osmanlıya tabe olan vilayətlərdə yüksək rütbəli paşalar və dövlət xadimləri olurdu. Ola bilsin ki, onlardan biri Kərbəlanı ziyarət edib. Amma Ənvər paşaya dair konkret nəsə demək çətindir”.
Tədqiqatçı əlavə edib ki, Osmanlı sultanlarının Həcc ziyarətinə getməməsinin bir sıra səbəbləri var idi:
“Osmanlı sultanlarının heç birinin Həcc ziyarətinə getməməsinin müxtəlif səbəbləri olub. Birincisi, yolların təhlükəsizliyi ilə bağlıdır. Digər tərəfdən, paytaxtdan uzun müddət uzaqlaşmaq dövlət üçün siyasi və hərbi risklər təşkil edirdi.
Daha bir səbəb isə həmin dövrdə məşhur şəxslərin, hökmdarların Həcc ziyarətinə getməsi populyar deyildi. Dövlət xadimlərin, rəsmilərin Həcc ziyarətinə getməsi indi dəbə çevrilib. Həm də Osmanlı sultanları həm də İslamın xəlifəsi sayılırdı və onsuz da Mədinə və Məkkə şəhərləri onun dövləti daxilində idi”.
Nazim Hacıyev
Telegram kanalımız