“Eradan əvvəl 612-ci ildə nə fars var idi, nə də erməni…”

saytların hazırlanması

Evə çatdırılma

“Eradan əvvəl 612-ci ildə nə fars var idi, nə də erməni…”

Sosial

21 Sentyabr 2026 14:05 129


“Albaniya göydəndüşmə dövlət deyil, Atropatenanın törəməsidir. Erməniyə veriləcək ən yaxşı cavab budur”.

"Yeni Sabah" xəbər verir ki, bu sözləri tarix elmləri doktoru Həsən Həsənov Media və Yayım Şurasında “Qafqaz Albaniyasının irsinə tarixi baxış” mövzusunda keçirilən seminar deyib.

O qeyd edib ki, tarixdə mənbə və tədqiqat termini var: “Tədqiqatçı nə istəsə, onu deyə bilər. Mənbə isə bütün tarixi faktları özündə əks etdirir. Ermənilər hazırda heç bir mənbəyə əsaslanmırlar. Ancaq tədqiqatçıların dediklərini yazırlar. Eradan əvvəl 612-ci ildə nə fars var idi, nə də erməni". pizza sifarişi

H.Həsənov vurğulayıb ki, müzakirələrin mərkəzində duran əsas məqam tarixi alban dövlətinin özündən ziyadə, onun Azərbaycanın keçmişində tutduğu mühüm yer və bu irsə qarşı irəli sürülən mübahisəli iddialardır:

"Milli tariximizin yetərincə aydınlaşdırılmaması ilə bağlı fikirlər tez-tez səsləndirilir. Bunun təməl səbəbi sovet tarixşünaslığında Albaniya və Atropatenanın tamamilə müstəqil, parallel şəkildə formalaşması konsepsiyasının aşılanmasıdır. Bu yanaşma iki qədim dövlət arasında hər hansı kök bağını inkar edirdi ki, nəticədə tarixi həqiqətlərimiz ciddi təhrifə məruz qaldı".

Məruzəçi Atropatena dövlətinin yaranma dövrünə də yeni işıq salaraq, onun Böyük İsgəndər imperiyasının parçalanması ilə deyil, daha əvvəl – Assuriya imperiyasının çöküşü mərhələsində təşəkkül tapdığını bildirib.

Cəlalə Cəlalqızı


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!