“Türkiyədə keçiriləcək prezident seçkiləri öncəsi Türkiyə və Suriya prezidentləri Rəcəb Tayyib Ərdoğan və Bəşər Əsəd arasında görüş ehtimalı azdır”.
Yenisabah.az “Sputnik Türkiye"yə istinadla xəbər verir ki, bunu Türkiyə Prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü Çağrı Erhan deyib.
O bildirib: “Prezident Ərdoğan prinsipcə belə bir görüşün əleyhinə deyil, lakin dağıdıcı zəlzələlər hər şeyi dəyişdi. Prezidentin bütün iş qrafiki dəyişdirilib. O, həftənin 3 gününü fəlakət zonasında keçirir. Sezar pizza
Seçkiyə 74 gündən də az vaxt qalıb, ona görə də Əsədlə şəkil çəkdirmək üçün belə bir yol tapmağın mümkün olacağını düşünmürəm. Ola bilər ki, görüş seçkilərdən sonra baş tutsun”.
Xatırladaq ki, Türkiyədə prezident seçkiləri, Ərdoğanın daha əvvəl elan etdiyi kimi, mayın 14-də keçiriləcək. Prezidentin sərəncamı martın 10-da imzalayacağı gözlənilir.
Telegram kanalımız