Ərdoğan İsveç üçün hələ də qapını bağlı saxlayır

saytların hazırlanması

Evə çatdırılma

Ərdoğan İsveç üçün hələ də qapını bağlı saxlayır

Dünya

19 May 2023 16:39 860


Türkiyə hələ də İsveçin NATO-ya daxil olmasına yaşıl işıq yandırmağa hazır deyil

Yenisabah.az CNN-ə istinadla xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O bildirib: "İndi biz İsveçə hazır deyilik. Çünki NATO üzvü olan ölkənin terrorla mübarizədə qəti mövqeyi olmalıdır". Dördpendirli pizza

Ərdoğanın sözlərinə görə, İsveç hakimiyyəti Türkiyədə qadağan olunmuş terror qruplaşmalarının hücrələrinin üzvlərinə İsveçdə, Stokholm küçələrində sərbəst gəzməyə icazə verir və buna görə də, hazırda Türkiyə bu ölkənin NATO-ya üzvlüyünə müsbət yanaşa bilməz.

İsveç və Finlandiya 2022-ci ildə NATO-ya üzv olmaq üçün müraciət edib. Türkiyə NATO-nun üzvü olmaqla, Ankaranın alyansa daxil olmasını ratifikasiya etməsi üçün hər iki Skandinaviya ölkəsinin yerinə yetirməli olduğu bir sıra şərtlər qoyub. Türkiyə hər iki Skandinaviya ölkəsindən kürd təşkilatlarını terrorçu elan etməyi, terrorda ittiham olunan şəxslərin təhvil verilməsini, Ankaraya silah tədarükünə qoyulan qadağaları aradan qaldırmağı tələb edib.

Daha sonra Ankara İsveçin bu şərtlərə tam əməl etmədiyini bildirib. İsveçin NATO-ya daxil olması ilə bağlı danışıqlar dondurulub.

Aprelin əvvəlində Finlandiya bütün rəsmiləşdirmə işlərini başa vuraraq, rəsmi olaraq NATO-ya üzv olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!