Ərdoğan sabah zəlzələ bölgəsinə gedəcək

saytların hazırlanması

Evə çatdırılma

Ərdoğan sabah zəlzələ bölgəsinə gedəcək

Dünya

07 Fevral 2023 23:57 801


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah səhər saatlarında zəlzələ bölgəsinə gedəcək.

Yenisabah.az xəbər verir ki, Türkiyə lideri bu barədə zəlzələ zamanı dünyasını dəyişən AKP-li millət vəkili Yakup Taşın ailəsinə başsağlığında bildirib.

"Allah səbr versin. Bütün Taş ailəsinə başsağlığı verirəm. İnşallah sabah səhərdən zəlzələ baş verən ərazilərə gedəcəyəm", - Ərdoğan deyib. Pepperoni pizza

Ən son məlumatlara görə, zəlzələdə ölənlərin sayı 5 434-ə çatıb, 31 777 nəfər yaralanıb.

Qeyd edək ki, fevralın 6-da baş vermiş dağıdıcı zəlzələ Türkiyənin 10 vilayətində 13,5 milyon insana təsir göstərib. Zəlzələ bölgəsinə 65 ölkədən yardımlar göndərilib. İlk kömək əlini uzadan Azərbaycan olub./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!