Ərdoğan seçki vaxtını bu tarixdə açıqlayacaq

saytların hazırlanması

Evə çatdırılma

Ərdoğan seçki vaxtını bu tarixdə açıqlayacaq

Siyasət

22 Fevral 2023 16:09 720


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkədə seçkilərin keçirilməsi ilə bağlı qərarını martın 10-da açıqlayacaq. 

Bunu Modern.az-a eksklüziv açıqlamasında Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri, deputat Şamil Ayrım bildirib.  

“Hesab edirəm ki, Türkiyədə prezident seçkiləri əvvəlcədən açıqladığımız tarixdə baş tutacaq. Biz AKP olaraq seçkilərin keçirilməsinin tərəfdarıyıq. Qismət olarsa, seçkilərin həmin vaxtda keçirilməsini dəstəkləyirik”,- deyə deputat bildirib.  Pepperoni pizza

Qeyd edək ki, daha əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan prezident və parlament seçkilərinin mayın 14-də keçiriləcəyini açıqlamışdı. Lakin ölkədə baş verən dağıdıcı zəlzələdən sonra seçkilərin təxirə salınması məsələsi gündəmə gətirilib. 

Bəzi siyasətçilər seçkilərin gələn ilə qədər ertələnməsini təklif etsə də, bu, müxalifət tərəfindən etirazla qarşılanıb. Müxalif düşərgə parlament və prezident seçkilərinin əvvəlcədən nəzərdə tutulduğu kimi iyunun 18-də keçirilməsini istəyir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!