Ərdoğan Türkmənistana gedir 

saytların hazırlanması

Evə çatdırılma

Ərdoğan Türkmənistana gedir 

Dünya

13 Dekabr 2022 07:14 832


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dekabrın 13-də Türkmənistana səfər edəcək.

Yenisabah.az xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Ərdoğanın dekabrın 13-14-də Türkiyə-Azərbaycan-Türkmənistan prezidentlərinin Birinci Zirvə Toplantısında iştirak etmək üçün Türkmənistana səfər edəcəyi bildirilir. Sezar pizza

Qeyd edilib ki, səfər Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun dəvəti ilə baş tutacaq.

Dekabrın 14-də Avazda Türkiyə-Azərbaycan-Türkmənistan Prezidentlərinin Birinci Zirvə Toplantısı keçiriləcək. Ərdoğan, eləcə də Azərbaycan Prezidenti İlham Əliyev toplantıda iştirak edəcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!