Ərdoğandan 2053 və 2071 mesajı: “Heç kim bizdən yorulmağımızı gözləməsin”

saytların hazırlanması

Evə çatdırılma

Ərdoğandan 2053 və 2071 mesajı: “Heç kim bizdən yorulmağımızı gözləməsin”

Dünya

15 Avqust 2026 00:01 65


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan AK Partiyanın yaradılmasının 25-ci ildönümü ilə bağlı keçirilən tədbirdə ölkəsinin son 25 ildə keçdiyi yoldan və qarşıdakı hədəflərdən danışıb.

“Yeni Sabah” xəbər verir ki, Ərdoğan həm AK Partiyanın, həm də özünün siyasi fəaliyyətində mühüm mərhələni geridə qoyduğunu bildirib.

Türkiyə lideri fəaliyyətini bundan sonra da davam etdirəcəyini vurğulayıb. O, ömrü və sağlamlığı imkan verdiyi müddətdə ölkəyə xidmət etmək əzmində olduğunu deyib. Pepperoni pizza

Ərdoğan hakimiyyəti dövründə iqtisadiyyat, səhiyyə, təhsil, nəqliyyat, enerji və müdafiə sənayesi sahələrində mühüm layihələrin həyata keçirildiyini qeyd edib. Onun sözlərinə görə, Türkiyənin illik ixracı 36 milyard dollardan 278 milyard dollara, milli gəliri isə 240 milyard dollardan 1,6 trilyon dollara yüksəlib.

Prezident enerji sahəsində də əldə olunan nəticələrə diqqət çəkib. O bildirib ki, vaxtilə terrorla gündəmə gələn Gabar bölgəsində hazırda gündəlik 83 min barel neft hasil edilir. Qara dənizdə aşkarlanan təbii qazın isə artıq milyonlarla evdə istifadə olunduğunu deyib.

Ərdoğan Türkiyənin yerli avtomobil və müdafiə sənayesindəki inkişafından da danışıb. O, Togg-un istehsalını, həmçinin hərbi gəmi, pilotsuz uçuş aparatı, helikopter, tank, raket və sualtı qayıq istehsalını ölkənin mühüm nailiyyətləri sırasında göstərib.

Türkiyə Prezidenti Ayasofyanın yenidən məscid kimi fəaliyyətə başlamasını da xatırladıb.

Ərdoğan çıxışının sonunda AK Partiyanın qarşıdakı illərdə də fəaliyyətini davam etdirəcəyini bildirərək Türkiyənin 2053 və 2071-ci illər üçün müəyyənləşdirilən hədəflərə çatacağını deyib.

“Dörddə bir əsrdə böyük işlər gördük, amma bitmədi. Heç vaxt da bitməyəcək. Heç kim bizdən yorulmağımızı gözləməsin. Daha yeni başlayırıq”, - deyə Ərdoğan vurğulayıb.

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!