Ərindən ayrıldığına peşman olub

saytların hazırlanması

Evə çatdırılma

Ərindən ayrıldığına peşman olub

Şou

12 Oktyabr 2025 08:44 999


Müğənni Aynur Dadaşova açıqlaması ilə diqqət çəkib. 

Axşam.az xəbər verir ki, sənətçi "Gün ortası" verilişində şəxsi həyatı ilə bağlı sualları cavablandırıb. Aynur ayrılmağına peşman olduğunu etiraf edib:

"Düzgün seçim etmişdim. Nədənsə, hər şeydə səbrini saxlayan Aynur bir şeydə səbirsiz oldu. Çox heyfslənirəm. Gərək bir az da səbrli olardım. Allah şeytana lənət etsin". pizza hut

Aparıcı Zümrüd Bədəlovanın "Söhbət ailədən gedir" sualını Dadaşova təsdiqləyib:

"Bəli... İnsanın özünün özünə etdiyi pisliyi milyon insan yığılsa, edə bilməz. Hər şeydə səbrliyəm, o qədər dözərəm... Etdim də, az olmadı. Amma onda nyə səbr etmədim, bu, məni çox düşündürür. Peşmnçılıq bilirsiniz nədi? Kişi üçün heç nə eyib deyil. Qadın nə etsə, deyirlər eyibdir. Qadın üçün nəsə addım atmaq, nəsə yaşamaq eyib sayılır. Düşünürsən ki, sabah haqqımda pis deyərlər. Hələ tanınmışlar üçün bu daha da çətindir. Amma sevib-sevilmək hər bir insanın haqqıdır. Bu, nə yaşdan, nə də sənətdən asılıdır. Mən də istəyərdim sevim. Deyir, insanın həyatında ikinci bahar olur. İndi mənim həyatımda bunun olub-olmayacağı məni düşündürür".

Qeyd edək ki, Aynur Dadaşova həyat yoldaşından xəyanətə görə ayrıldığını açıqlayıb. Onun iki övladı var.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!