Erməni dəstəsi geri çəkildi   - Yeni mövqedə qərarlaşdılar

saytların hazırlanması

Evə çatdırılma

Erməni dəstəsi geri çəkildi - Yeni mövqedə qərarlaşdılar

Rəsmi

10 Avqust 2023 19:17 37903


Ötən gün Kornidzora gələn “Səlibçilər” dəstəsi hazırda başqa mövqedə qərarlaşıb.

Yenisabah.az Globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə sözügedən dəstənin komandiri Sərkis Poqosyan danışıb.

“Biz heç bir qanunsuz fəaliyyət törətməyəcəyik. Bizə bir neçə gün verin. Biz vəziyyəti gərginləşdirməmək üçün Kornidzorun mövqelərindən bir qədər uzaqlaşmışıq”.

Kəndin rəhbəri Arşak Karapetyan da bildirib ki, dəstə üzvləri dünən ərazini tərk ediblər:

“Dünən gəldilər və getdilər. Onlarla 10 dəqiqəlik görüşüm oldu. Bilmirəm, qayıdacaqlar, ya yox”.

Xatırladaq ki, ermənilərdən ibarət “Səlibçilər” dəstəsi avqustun 8-də Ermənistan hökuməti binası qarşısında aksiya keçirib. Onlar Nazirlər Kabinetindən Laçın yolunun açılmasını tələb ediblər. Əks halda dəstə üzvləri yolu güc tətbiq etməklə açacaqlarını iddia ediblər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!