Erməni əsgəri özünü niyə öldürüb?

saytların hazırlanması

Evə çatdırılma

Erməni əsgəri özünü niyə öldürüb?

Rəsmi

07 İyun 2023 17:36 1282


“Ermənistan İstintaq Komitəsi intihar etmiş əsgərin ölümü ilə bağlı cinayət işi açıb”. 

Yenisabah.az “Sputnik Armenia”ya istinadla xəbər verir ki, bu barədə İstintaq Komitəsinin mətbuat katibi Qor Abramyan sosial şəbəkələrdə bildirib.

Xatırladaq ki, bundan əvvəl İrəvan Tibb Universitetinin aparatı boyun nahiyəsindən kəsici-deşici xəsarətlər ilə Heratsi xəstəxanasına yerləşdirilən 21 yaşlı vətəndaşın reanimasiyada dünyasını dəyişdiyini açıqlayıb. 

Abramyan iqeyd edib ki, mayın 5-dən reabilitasiya məzuniyyətində olan çağırışçı əsgərin ölümü ilə bağlı Cinayət Məcəlləsinin 162-ci maddəsinin 2-ci hissəsi ilə cinayət işi başlanıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!