Erməni idmançı Azərbaycanla bağlı bu hərəkətinə görə cərimələndi

saytların hazırlanması

Evə çatdırılma

Erməni idmançı Azərbaycanla bağlı bu hərəkətinə görə cərimələndi

İdman

03 Yanvar 2026 17:55 909


Erməni xizəkçi Mikael Mikaelyan “Tour de Ski” yarışı zamanı xizək kostyumunun üzərində “Azərbaycan” (turnirin sponsorluğu) sözlərini lentlə örtdüyünə görə Beynəlxalq Xizək və Snoubord Federasiyası (FIS) tərəfindən cərimələnib. 

"Yeni Sabah" xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat dərc edib. 

Hadisə İtaliyanın Toblax şəhərində keçirilən yarışların birində baş verib. "Tour de Ski"də xizək geyimlərində Azərbaycan reklamı ilə yanaşı, ölkənin adı olan böyük reklam lövhələri də nümayiş etdirilib.

Mikaelyanın cəriməsinin məbləği açıqlanmayıb./unikal.az

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!