Sevil Əliyevadan açıqlama: “2017-ci ildən etibarən Bakıda...”

saytların hazırlanması

Evə çatdırılma

Sevil Əliyevadan açıqlama: “2017-ci ildən etibarən Bakıda...”

Siyasət

01 Avqust 2026 10:39 1277


Ümummilli Lider Heydər Əliyevin qız Sevil Əliyeva sosial şəbəkə hesabında açıqlama ilə çıxış edib.

“Yeni Sabah” xəbər verir ki, o paylaşımında yazıb:

“Mənə göstərdiyiniz diqqətə, ünvanıma söylədiyiniz xoş sözlərə, səmimi arzulara və daim hiss etdiyim dəstəyə görə Hər Birinizə ürəkdən təşəkkür edirəm. Bu səmimi münasibət və sevgi Mənim üçün çox dəyərlidir. pizza

Uzun illər xaricdə yaşadığım üçün bir çox insanlar hələ də Mənim Azərbaycandan kənarda olduğumu düşünürlər. Məlumat üçün bildirmək istəyirəm ki, 2017-ci ildən etibarən Bakıda, Ata Evimdə yaşayıram və həyatımı Doğma Vətənimdə davam etdirirəm.

Hər Birinizə möhkəm cansağlığı, firavanlıq, xoşbəxtlik və uğurlar arzulayıram”.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!