Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasının (FIFA) prezidenti Canni İnfantinonun vəzifəsini tərk etməsinə çalışır.
"yeni Sabah" Le Monde-a istinadla xəbər verir ki, FIFA-nın özəl investorlara açılması planına qarşı çıxan əsas tərəflərdən biri olan UEFA, İnfantinonun bu təşəbbüsdən geri çəkilməsinə baxmayaraq, onun istefası ilə bağlı mövqeyini dəyişməyib.
UEFA rəhbərliyindən bir nümayəndə anonim şəkildə bildirib ki, "O, mümkün qədər tez getməlidir. Artıq seçim budur: ya o, ya da futbol". Dördpendirli pizza
Xatırladaq ki, Canni İnfantino geniş etirazlardan sonra FIFA-nın özəl investorlara açılması planından imtina etdiyini açıqlayıb. UEFA isə avqustun 1-də yaydığı bəyanatda bu qərarı müsbət qiymətləndirsə də, İnfantinonun həm qurumun, həm də dünya futbol ictimaiyyətinin etimadını itirdiyini bildirərək onun istefasını tələb edib.
UEFA bəyanatında vurğulanıb ki, futbolun gələcəyi ilə bağlı mühüm qərarlar gizli və tələsik hazırlanan, mənşəyi bəlli olmayan təşəbbüslərlə qəbul edilməməli, məsul şəxslər isə cavabdehlik daşımalıdır.
Telegram kanalımız