İdmançı deputatları ələ saldı: “Rinqi parlamentə köçürüblər”

saytların hazırlanması

Evə çatdırılma

İdmançı deputatları ələ saldı: “Rinqi parlamentə köçürüblər”

Rəsmi

25 Avqust 2021 15:16 1507


Ermənistanın “Armfighting” Federasiyasının prezidenti, döyüş sənətləri ustası Ayk Qukasyan Milli Məclisində haki və müxalif frasksiya deputatları arasında əlbəyaxa davalara münasibət bildirib.

Yenisabah.az "Sputnik Armenia"ya istinadla xəbər verir ki, o, millət vəkillərinin bu cür davranışlarının qəbuledilməz olduğunu vurğulayıb.

“Millət vəkilləri turnirlərə qatılmaq üçün müraciət etsələr, onları yaxşı məşq etdirəcəyik, yaxşı nəticələr əldə edə bilərlər. Amma məncə, millət vəkillərimiz üçün bu davranış qəbuledilməzdir. Onların edə biləcəyi və etməli olduğu çox iş var. İlk növbədə, ölkəmizdə əmin-amanlıq yaratmaq üçün nəsə etsinlər.

Millət vəkilləri boks rinqini Milli Məclisə köçürmək əvəzinə, təhsilə, xüsusən də sərhəd kəndlərdəki məktəblərə diqqət ayırsınlar. Oradakı məktəblərin əksəriyyətində bədən tərbiyəsi tədris edilmir. Bəli, bu, müharibə təhlükəsi ilə üz-üzə olan ölkədə baş verir. Mən bu barədə dəfələrlə danışmışam, problem həll olunana qədər də danışacağam.

Heç bir ölkə lideri ağzımı yuma bilməz. Mən heç bir siyasi tərəfi təmsil etməmişəm və etməyəcəyəm”, - deyə idmançı vurğulayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!